1200 şagird soyuqda qalıb - Məktəbin 120 min borcu var

6-01-2016, 14:24           
1200 şagird soyuqda qalıb - Məktəbin 120 min borcu var
Tovuz rayon Bozalqanlı kənd sakini Ceyhun Əsədov Yusif Sadıqov adına kənd orta məktəbində istiliyin dayandırılması ilə bağlı “Qafqazinfo”ya müraciət edib.

Onun sözlərinə görə, noyabrın 15-dən dekabrın 30-na kimi məktəbdə istilik olub: “Uşaqlar bayram tətilinə buraxılandan sonra isə istiliyi kəsiblər. “Azəristiliktəchizat”ın rayon şöbəsinin nümayəndəsi dedi ki, məktəbin 120 min manat borcu var. Bu borc ödənilməsə, istilik verilməyəcək. İndi bu havada 1200 şagird soyuqda qalıb. Məktəbdən deyirlər ki, odun peçi alın. İndi hansı dövrdə yaşayırıq ki, istilik ola-ola odun yandırılsın? Təhsil Nazirliyi məktəbə istiliyin yenidən verilməsi üçün 120 min manat borcu ödəməlidir”












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru