Stokholmda partlayış baş verib, iki nəfər saxlanılıb - FOTOLAR

7-01-2016, 12:55           
Stokholmda partlayış baş verib, iki nəfər saxlanılıb - FOTOLAR
İsveçin paytaxtı Stokholmda partlayış baş verib. APA-nın DHA-ya istinadən xəbərinə görə, paytaxtdakı çoxmərtəbəli binalardan birinin zirzəmisində güclü partlayışdan sonra yanğın başlayıb. Bina sakinlərindən xəsarət alanlar olub. Digər sakinlər dərhal təxliyə edilib.

Yerli polis partlayış və yanğın nəticəsində binanın zədələndiyini, uçma təhlükəsinin yarandığını açıqlayıb. Hüquq-mühafizə orqanları hadisə ilə bağlı əlavə məlumat verməsə də, artıq iki nəfərin saxlandığı məlum olub.

Musavat.com reportyorunun Stokholmda yaşayan sabiq jurnalist Könül Həsənlidən aldığı məlumata görə, partlayış binanın zirzəmisində baş verib, bir neçə başqa bina da alovlanıb, iki nəfər yaralanıb, ölən yoxdur, 10 nəfər xilas edilib, 5 nəfər xəstəxanaya aparılıb, 23 nəfər ərazidən köçürülüb.. Yanğın 45 dəqiqəyə söndürülüb.

Yerli media iki nəfərin həbs olunduğunu qeyd edir, ancaq həmin şəxslərin hansı millətdən olduğunu, yerli və yaxud gəlmə olduqlarını açıqlamır. Çünki bu, ictimai asayişi poza, ksenofob təmayülləri gücləndirə bilər.

Partlayışın nədən baş verdiyi də açıqlanmır. İstehkamçılar tərəfindən hadisə yerində araşdırma aparıldığı deyilir.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru