Rusiyada Naxçıvan xanlığına məxsus yeni bayraq aşkarlanıb - FOTO

7-01-2016, 13:55           
Rusiyada Naxçıvan xanlığına məxsus yeni bayraq aşkarlanıb - FOTO
Rusiyanın Sankt-Peterburq şəhərində ezamiyyətdə olan Milli Azərbaycan Tarixi Muzeyinin əməkdaşı Pərvin Gözəlov tərəfindən “Artilleriya, Mühəndis və Rabitə Qoşunları Hərb-Tarixi Muzeyi”nin bayraq fondunda aparılmış tədqiqat nəticəsində Naxçıvan xanlığına məxsus indiyədək məlum olmayan yeni bayraq aşkarlanıb.

AMEA-dan APA-ya verilən xəbərə görə, aşkarlanan Naxçıvan xanlığının üçüncü bayrağı 1827-ci ildə xanlığın işğalı zamanı rus qoşunları tərəfindən alınıb və general İ. Paskeviç onu Sankt-Peterburqa göndərib: “Artilleriya, Mühəndis və Rabitə Qoşunları Hərb-Tarixi Muzeyinin fondunda bu bayraq “XVIII-XIX əsr müsəlman bayrağı” adı ilə saxlanılır”.

Naxçıvan xanlığının üçüncü bayrağı düzbucaq formadadır: “Eni 92 sm, uzunluğu 192 sm olan bayraq bir-birinə üfüqi şəkildə tikilmiş yaşıl və qırmızı parçadan ibarətdir. Bayrağın yaşıl hissəsində qırmızı parçadan günəşin simvolik təsvirinə bənzər səkkizgüşəli ulduz tikilib. Şam ağacından hazırlanmış bayraq ağacının üzərinə dəmirdən düzəldilmiş nizəvari formada, ortasında içi boş kürəcik olan bayraq ucluğu taxılıb”.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.