Səudiyyə İran səfirliyini bombaladı - Yaralılar var

7-01-2016, 16:30           

Tehran Səudiyyə Ərəbistanını İranın Yəməndəki səfirliyini bombalamaqda ittiham edir.

“Qafqazinfo” xəbər verir ki, bu barədə İran KİV-i məlumat yayıb. Hava hücumları Yəmənin paytaxtı Səna şəhərinə endirilib, nəticədə səfirliyin mühafizəçiləri yaralanıb.

Daha əvvəl də Reuters agentliyi atəşkəsin rejiminin ləğv edilməsindən sonra Səudiyyə Ərəbistanı başda olmaqla ərəb ölkələri koalisiyasının Yəmənə hava hücumlarını artırdığına dair məlumat yaymışdı.

Səudiyyə Ərəbistanı İranın iddialarının araşdırılacağını bildirib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru