"10 milyardlıq oğurlanmış pulu biz qaytarmalıyıq?" -Elnarə Xəlilovadan etiraz

7-01-2016, 21:19           
"10 milyardlıq oğurlanmış pulu biz qaytarmalıyıq?" -Elnarə Xəlilovadan etiraz
Müğənni Elnarə Xəlilova bankomatlardan pul çəkərkən tutulan rüsumun çox olmasından gileylənib.

Musavat.com xəbər verir ki, müğənni etirazını sosial şəbəkə vasitəsilə bildirib:
“Beynəlxalq Bank göstərdiyi xidmətlərin dəyərini 50 % qaldırıb. Bundan sonra bankomatdan pul çıxararkən hər 100 AZN-ə 1.60 manat tutulacaq. Bankomatlar dollarla işləyir? Bu cür qərar verənlər, nəzərinizə çatdırmaq istəyirəm ki, əhalinin məvacibi hələ də qaldırılmayıb. Maraqlıdır ki, bir il öncə dolların məzənnəsi 0.78 olanda Beynəlxalq Bank niyə hər 100 manata 78 qəpik tutmurdu? 10 milyarlıq oğurlanmış pulu biz qaytarmalıyıq?”













Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru