İran Səudiyyə Ərəbistanından gətirilən bütün malların idxalına qadağa qoyub.
Teleqraf.com xarici mediaya istinadən xəbər verir ki, bu məlumatı İranın maliyyələşdirdiyi Press televiziyası yayıb.
Məsələ ilə bağlı İran və Səudiyyə rəsmiləri hələlik heç bir açıqlama verməyib.
Bundan başqa, İran vətəndaşlarına Ümrə ziyarətini qadağan edib. Yayılan məlumatlara görə, qadağa növbəti əmrə qədər qüvvədə qalacaq.
Qeyd edək ki, yanvarın 2-də Səudiyyədə aralarında şiə din xadimi Nimr əl-Nimrin də olduğu 47 nəfərin edam olunması İranda kəskin etirazlarla qarşılanıb. Etirazçılar Səudiyyənin Tehrandakı səfirliyinə və Məşhəddəki konsulluğuna hücum ediblər. Hadisədən sonra İranla Səudiyyə arasında diplomatik əlaqələr tamamilə kəsilib.