Hansı icra başçılarının kürsüsü oynaqdır... - Gedəcəklərin siyahısı

8-01-2016, 16:42           
Hansı icra başçılarının kürsüsü oynaqdır... - Gedəcəklərin siyahısı
Dünən xəbər verərək bildirdik ki, Beyləqan rayon icra hakimiyyətinin başçısı Vaqif Abdullayevin vəzifəsindən azad olunması gözlənilir. DİA.AZ-ın xəbərində həmçinin o da qeyd olunurdu ki, daha 3 rayonun rəhbərinin tutduqları postlardan azad olunmaları gözlənilir.

Bununla bağlı redaksiyamıza yeni informasiya daxil olub. Məlumatlı mənbənin dia.az-a bildirdiyinə görə, artıq başçıları dəyişəcək digər 3 rayonun da adı müəyyən mənada dəqiqləşib.

Mənbənin söylədikləri: "Hələlik tam dəqiq olmasa da, Ağsu, Qazax və Qusar RİH başçılarının dəyişəcəyi gözlənilir".

Mənbə dia.az-a açıqlamasında həmçinin Daşkəsən, Gədəbəy, Astara və Tovuz rayonlarının da rəhbərlərinin kürsülərinin oynaq olduğunu bildirib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru