YAVƏR CAMALOVUN QARDAŞI OĞLU İŞDƏN ÇIXARILDI

8-01-2016, 22:17           

Azərbaycanın daxili işlər orqanlarında kadr dəyişikliyi olub.

Səbail Rayon Polis İdarəsinin (RPİ) 9-cu Polis Bölməsinin (PB) rəisi, polis polkovnik-leytenantı Natiq Camalov işdən çıxarılaraq sərəncama götürülüb.

Onun yerinə hələ təyinat olmayıb.

9-cu Polis Bölməsinin rəisi vəzifəsi müvəqqəti olaraq rəis müavini, polis mayoru Amil Qurbanova tapşırılıb.

Qeyd edək ki, N.Camalov müdafiə sənayesi naziri Yavər Camalovun qardaşı oğludur.\ Report \












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru