Zəlimxan Yaqub vəfat etdi - İTKİ

9-01-2016, 21:21           
Zəlimxan Yaqub vəfat etdi - İTKİ
Xalq şairi Zəlimxan Yaqub uzun sürən xəstəlikdən sonra dünyasını dəyişib.

Dia.az xəbər verir ki, ailəsindən anspress-ə verilən məlumata görə, o, bir neçə dəqiqə əvvəl vəfat edib.

Zəlimxan Yaqub uzun müddətdir böyrək çatışmazlığından əziyyət çəkirdi. Hər iki böyrəyi olmayan ictimai xadim son vaxtlar dializ qəbul etməklə yaşayırdı.

Zəlimxan Yaqub 1950-ci il yanvarın 21-də Borçalının Bolnisi rayonunda anadan olub. 2005-ci ildə "Azərbaycanın xalq şairi" fəxri adına layiq görülən Zəlimxan Yaqub Məmməd Araz ədəbi mükafatı, "Şöhrət" ordeni və Gürcüstan Respublikasının "Şərəf" ordeni kimi bir sıra yüksək mükafatlara layiq görülüb.

2008-ci il avqust ayının 29-da Azərbaycan Aşıqlar Birliyinin sədri, 1994-cü ildən Azərbaycan Respublikası Prezidenti yanında Əfv Komissiyasının üzvüdür.

Allah Rəhmət eləsin!












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru