Dollar 1.93 manata qalxdı
10-01-2016, 13:16
Dekabrın 21-i növbəti devalivasiyadan sonra manat daha 47 faiz dəyərdən düşüb. JAM.AZ xəbər verir ki, Mərkəzi Bankın qərarı ilə həyata keçirilən devalivasiya prosesinin bununla yekunlaşacağı gözlənilsə də, tam əksi baş verməyə başlayıb.
Qeyd edək ki, banklar dollar satışını tamamilə dayandırıb, valyuta mübadiləsi məntəqələrində xarici valyuta almaq mümkün deyil. Nəticədə, "qara bazar" aktivləşib ki, orada da qiymətlər həddindən artıq yüksəkdir. Düzdür, polis möhtəkirliklə məşğul olanlara qarşı mübarizə aparır, hətta bir neçə nəfəri belə saxlayıb. Ancaq bunun çıxış yolu olmadığı da aydın məsələdir.
JAM.AZ xəbər verir ki, son bir neçə gündə dolların rəsmi məzənnəsində dəyişiklik olmasa da, banklar qiymətləri qaldırıb. Məsələn, iki gün öncə ayrı-ayrı bankların nəzarətində olan valyutadəyişmə məntəqələrində 1 dollar 1.80 manata saılsa da, sonradan bu qiymət 1.85 manata qədər yüksəlib. Mərkəzi Bank bununla bağlı tutarlı açıqlama verməsə də, məlum olan odur ki, proses tam nəzarətdən çıxmaqdadır.
Dünən isə dollar yenidən bahalaşıb və 1.93 qəpik təşkil edib. JAM.AZ-a verilən məlumata VDM-lər axşam saatlarında bu qiymətlə ABŞ valyutası satıblar və qısa müddətdə əllərində olan pul alınıb. Əsasən də iş adamları alıcı kimi çıxış edib.