“Sovetski”nin mərkəzində tikinti başladı

10-01-2016, 16:34           
“Sovetski”nin mərkəzində tikinti başladı
Artıq iki ildir ki, söküntü işləri aparılan “Sovetski” məhəlləsində tikinti işlərinə başlanılıb.

“Qafqazinfo” xəbər verir ki, sosial şəbəkələrdə bunu əks etdirən fotolar da yayılmağa başlayıb. Məhəllənin mərkəzi hissəsində başlanan tikinti işlərinə konteyner və ağır texnika cəlb olunub.

Hələ ki, sözügedən ərazidə hansı obyektin tikildiyi məlum deyil.

Xatırladaq ki, Bakı şəhər İcra Hakimiyyəti söküntü işlərinə başlanan zaman orada yaşıllıq zolağının salınacağını bildirmişdi.

Mətbuatda “Sovetski”nin sökülməsindən sonra onun yerində salınacaq parkın layihəsinin də fotoları yayılmışdı:












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru