`Sevil Talıbova həkim nəzarətindədir` - Vasif Talıbovun həyat yoldaşının səhhəti barədə açıqlama

11-01-2016, 14:26           
`Sevil Talıbova həkim nəzarətindədir` - Vasif Talıbovun həyat yoldaşının səhhəti barədə açıqlama
Naxçıvan Muxtar Respublikasının Ali Məclisinin sədri Vasif Talıbovun həyat yoldaşı Sevil Talıbova hazırda Ankarada yerləşən `İbn Sina` xəstəxanasının reanimasiya şöbəsində müalicə olunur.

Bu barədə AzVision.az-a həmin xəstəxanadan məlumat verilib.

Bildirilib ki, Sevil Talıbova ötən gün ailəsi tərəfindən xəstəxanaya gətirilib, hazırda həkim nəzarətindədir.

“Sevil xanımın həmin vaxt səhhəti ağır olduğu üçün reanimasiya şöbəsinə yerləşdirilib. Onun ailəsi, övladları hazırda xəstəxanadadırlar. Sevil xanımın səhhətində irəliləyiş müşahidə olunur. Hazırda uzman həkim Gedikin nəzarəti ilə onun müalicəsi davam edir”.

Qeyd edək ki, mətbuatda yayılan məlumatlarda S. Talıbovanın qrip virusuna yoluxduğu iddia olunub. Müalicə olunduğu yerli xəstəxanada Sevil Talıbovanın səhhəti daha da ağırlaşıb. Talıbovanın ailəsi Türkiyə Səhiyyə Nazirliyindən yardım istəyib. Türkiyədən gələn həkimlərin ilkin müdaxiləsindən sonra xəstə ECMO adlanan cihaza qoşulub. Həmin cihazdan ağciyərlər funksiyasını yerinə yetirməkdikdə və ya ürək fəaliyyəti dayandığı halda istifadə edilir. Daha sonra S.Talıbova helikopter ilə İbn Sina Xəstəxanasına aparılıb.

S.Talıbovanın azərbaycanlı həkimin isə onun ağ ciyərlərində müəyyən problemlərin üzə çıxdığını bildirib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru