Azərbaycanda sələfi təriqətinə qulluq edən qadınlar son dövrlər Feysbuk sosial şəbəkəsində daha da fəallaşıblar.
Axar.az-ın xəbərinə görə, azərbaycanlı sələfi qadınlar arasında ölkədən kənarda yaşayanlar çoxdur.
Sosial şəbəkədə istifadəçisi olan sələfi qadınların bir neçəsini tapmışıq. Arzu Tofiqovna, Leyla Sələfi, Aişə Sələfi və başqa adlarda bu təriqət üzvlərini görmək olar.
Qeyd edək ki, islamın sələfi cərəyanı da bir neçə istiqamətə ayrılır. Bu təriqət üzvləri özlərini Məhəmməd peyğəmbərin davamçıları hesab edirlər.