Füzulidə ara qarışıb; Qiymət artımı camaatı ayağa qaldırdı, icra başçısı yaxına buraxılmadı

12-01-2016, 15:00           

Füzuli rayonun ən böyük yaşayış məntəqəsi olan Böyük Bəhmənli kəndində dünəndən qiymət artımına etiraz başlayıb.

Bu barədə Mia.az-a rayon sakinləri məlumat veriblər.

Məlumata görə, narazılar Horadiz-Bakı qatarının qarşısını kəsib. Füzuli rayon icra başçısı Alı Alıyev hadisə yerinə gəlib. Etirazçılar başçı ilə danışmaqdan imtina ediblər. Hazırda isə 500 nəfərdən artıq sakin ərazidəki sərhəd zastavasının qarşısına yığılıblar.

Əraziyə Sərhəd Qoşunlarının əsgərlərinin cəlb olunduğu bildirilir.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.