Zaman İsgəndərov haqqında yazılanlara cavab verdi

13-01-2016, 22:57           
Zaman İsgəndərov haqqında yazılanlara cavab verdi
İş adamı, “Univermaq Zaman” kimi tanınan Zaman İsgəndərov bir neçə gün öncə “Yeni Müsavat”da barəsində dərc edilən yazıya cavab verib.

O, yazılı şəkildə “Yeni Müsavat” qəzetinə göndərdiyi müraciətində qeyd edir: “11 yanvar 2016-cil tarixində “Yeni Müsavat” qəzetində mənim və ailəm haqqında dərc olunan yazı ilə əlaqədar təkzib fikrimi yazılı olaraq bildirmək istədim. Mənim 80 yaşım var və bu yaşda bir insanın xəstələnməsi normal haldır. Hər bir insan hər zaman xəstələnə də, sağala da bilər. Mən də yüngülvari xəstələnmişdim. Hazırda sağalmışam və işimin başındayam. Qəzetdə bizim ailə üzvləri arasında əmlak problemləri olduğu haqqında yazılmışdır.

Yenə də demək istəyirəm ki, 80 yaşım var və bu yaşımda bir ağsaqqal kimi həmişə mən camaatın problemlərini həll edib barışdırmışam, nəinki mənim ailəmdə belə problemlər olsun. Onu da qeyd edim ki, mənim bir oğlum, iki qızım var. Qızlarımın hər birinin öz ailəsi, öz işləri var. Onların belə bir problem yaratmağa ehtiyacları yoxdur! Oğlum isə tək oğlumdur və aydındır ki, bütün əmlakımın da tək varisidir. Ona görə onunla aramızda əmlak problemi olması qeyri-mümkündür.

Həmçinin, yazıda qeyd olunub ki, oğlum ayda mənə nə qədərsə pul verir və bu pulu kəsməklə məni hədələyir. Buna da münasibət olaraq demək istəyirəm ki, biznesimin başında özüm durmuşam və oğlum mənə deyil, mən oğluma pul verirəm. Xahiş edirəm, bütün bu yazılanları nəzərə alasınız və dərc etdiyiniz yazıya təkzib olaraq qəbul edəsiniz. Hörmətlə, Zaman İsgəndərov”.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.