Neft qiymətləri sabahdan kəskin aşağı düşəcək

14-01-2016, 12:52           
Neft qiymətləri sabahdan kəskin aşağı düşəcək
İran rəhbərliyi sabah ölkənin nüvə proqramı ilə əlaqədar götürdüyü öhdəlikləri tam yerinı yetirdiyinə dair hesabatı MAQATE-yə təqdim edəcək.

AzVision.az “Bloomberg” agentliyinə istinadən xəbər verir ki, bu barədə İranın xarici işlər nazirinin müavini Abbas Ərəqçi bildirib.

Onun sözlərinə görə, yanvarın 16 və ya 17-ində İran XİN rəhbəri Məhəmməd Cavad Zərif və Aİ-nin xarici əlaqələr üzrə avrokomissarı Federika Moqerini sanksiyaların götürülməsini rəsmən bəyan edəcək.

Məlumatda qeyd olunur ki, sanksiyaların götürülməsindən sonra təxminən xarici ölkələrdəki 50 milyard dollar olan hesablarına çıxış əldə edəcək.
İran , həmçinin gün ərzində neft bazarına gün ərzində 500 min barel neft çıxaracaq ki, bu da neft qiymətlərinin kəskin aşağı düşməsi ilə nəticələnə bilər.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru