“Microsoft” “Windows” üçün sistem yeniləmələrini əlçatan edəcək- İyulun sonunda

22-07-2020, 00:02           
“Microsoft” “Windows” üçün sistem yeniləmələrini əlçatan edəcək- İyulun sonunda
“Microsoft” korporasiyası “Windows” əməliyyat sistemi üçün yeniləmələrin əvvəlki ardıcıllığını bərpa edib. İyulun sonunda “Windows” üçün sistem yeniləmələri əlçatan olacaq.

Azərtac xarici saytlara istinadla xəbər verir ki, korporasiyanın mühəndisləri “Windows 10”, “Windows Server 1809” və daha yeni versiyalar üçün təhlükəsizlik məsələləri ilə bağlı olmayan yeniləmələrin iyulun sonunda çıxarılacağını təsdiq edib. Yeniləmələr istehlakçılar və şirkətlərin mütəxəssisləri üçün işi asanlaşdırmağa görə ayın üçüncü həftəsində çıxarılacaq. Bundan əvvəl onların buraxılışı koronavirus pandemiyasına görə ləğv edilmişdi.

“Microsoft” şirkətinin rəsmisi dəqiqləşdirib ki, ilk yeniləmələrdə sistemin kritik və ya az əhəmiyyətli səhvlərini düzəldən onlarla paket olacaq. İlk yenilənmə paketi iyulun 24-dən etibarən əlçatan olacaq.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru