“Heç bir hücum olmayıb, itkilərimiz yoxdur” - MN-dən açıqlama

22-07-2020, 09:16           
“Heç bir hücum olmayıb, itkilərimiz yoxdur” - MN-dən açıqlama
Azərbaycan Müdafiə Nazirliyi erməni tərəfinin açıqlamasını uydurma və dezinformasiya adlandırıb.

Teref.az xəbər verir ki, Azərbaycan Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəisi polkovnik Vaqif Dərgahlı bildirib ki, yeni bir hücum olmayıb. Əksinə, dövlət sərhədindəki sahəmizdə sakitlik hökm sürür, itkilərimiz yoxdur.

"Lakin sərhədin o biri tərəfində erməni hərbçiləri arasında çaxnaşma müşahidə olunub. Bir müddət əvvəl Ermənistan silahlı qüvvələri bölmələrinin mövqelərində atıcı silahlardan atəş səsləri eşitdik. Görünür, erməni hərbçiləri arasında növbəti atışma baş verib. Bir daha qeyd etmək istəyirəm ki, heç bir yeni hücum həyata keçirilməyib, bizim tərəfimizdən itkilər olmayıb. Erməni tərəfinin məlumatı növbəti bir dezinformasiyadır”.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru