27 yaşlı oğlana anası evdə iynə vurdu, öldü

23-07-2020, 13:14           
27 yaşlı oğlana anası evdə iynə vurdu, öldü
Bərdədə 27 yaşlı oğlan anasının vurduğu iynədən sonra vəfat edib.

“Qafqazinfo” xəbər verir ki, hadisə rayonun Elçin Əsədov küçəsində baş verib. Belə ki, soyuqdəyməsi olan Quluyev Cahangir Vəli oğluna anası həkim məsləhəti olmadan iynə vurub.

Nəticədə vəziyyəti daha da ağırlaşan xəstə şok vəziyyətində xəstəxanaya aparılıb. Həkimlərin bütün müdaxilələrinə baxmayaraq, C. Quluyevi xilas etmək mümkün olmayıb.

Məsələ iə bağlı araşdırma aparılır.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru