Sabiq Xarici işlər naziri Elmar Məmmədyarova ağır itki üz verib. Yeniavaz.com xəbər verir ki, sabiq nazirin anası İzida İbrahimbəyova vəfat edib. Bu barədə Xarici İşlər Nazirliyi məlumat yayıb. Nazirlik İzida Fuad qızı İbrahimbəyovanın dünyasını dəyişməsi ilə bağlı E.Məmmədyarova başsağlığı verib.