Dollar alıcılarının sayına da limit qoyuldu - Maksimum 400 nəfər

18-01-2016, 21:15           
Dollar alıcılarının sayına da limit qoyuldu - Maksimum 400 nəfər
Bakıda bankların dollar satışında yeni limitlər qoyulub.

Fins.az-ın məlumatına görə, əhaliyə satılan dolların məbləği ilə yanaşı, alıcıların sayı da məhdudlaşdırılıb.

Belə ki, bu gün "AzərTürkBank"ın Bakının mərkəzindəki filiallarında 400 nəfərlik alıcı limiti müəyyən edilib. Qaydaya görə, dollar almaq üçün növbə 400 nəfərdən artıq ola bilməz. Artıq günorta saatlarında bu limit dolub və dollar almaq üçün əlavə alıcıların növbəyə yazılması dayandırılıb.

Qeyd edək ki, adı çəkilən bankda dollrın alış qiyməti 1,6 manat, satış qiyməti isə 1,6498 manat təşkil edib.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.