Çeçenistan prezidenti Ramzan Kadırov bir neçə rayonun rəhbərliyindən Rusiyaya zərbə vuranlara psixiatrik xəstəxanalarda VİP otaqlar ayırmağı xahiş edib.
Strateq.az xarici mətbuata istinadən xəbər verir ki, Kadırov Rusiya əleyhinə çıxanların, qara yaxanların, böhtan atanların müalicəyə ehtiyacları olduğunu bildirib: "Bu adamların üzündən görünür ki, onların təcili psixiatr müdaxiləsinə və reablitasiyaya ehtiyacları var. Biz onları VİP otaqlar və təcrübəli həkimlərlə təmin edə bilərik. Bir daha bəyan edirəm ki, bu şəxslər Rusiyaya və mənə heç nə edə bilməzlər. Şərq məsəlində deyildiyi kimi, it hürər, karvan keçər".