Siqaretin ucuzlaşması yalan çıxdı

19-01-2016, 11:55           
Siqaretin ucuzlaşması yalan çıxdı
Bakıda siqaretin ucuzlaşması ilə bağlı xəbərlər yayılıb. Yerli KİV-lərdə yer alan məlumatlara görə, markasından asılı olaraq siqaretlərin qiyməti 25 faizdən 30 faizə qədər aşağı düşüb.

Paytaxt mağazalarına baş çəkərək siqaretin qiyməti ilə maraqlanıb. Satıcıların AzVision.az-a bildirdiyinə görə, siqaretin qiymətinin ucuzlaşması xəbəri həqiqəti əks etdirmir:

“Biz bu barədə məlumat alandan sonra firmalarla əlaqə saxladıq. Bildirildi ki, siqaretin ucuzlaşması yalan məlumatdır. Bu gün səhər saatlarından alıcılar siqaret alarkən irad bildirirlər ki, siqaret ucuzlaşıb, siz niyə qiymətləri aşağı salmamısız. Bu məlumatlar insanları panikaya salıb, heç bir ucuzşalmadan söhbət gedə bilməz”.

Bakıda köşklərdə və mağazalarda apardığımız müşahidələr də siqaretin ucuzlaşması xəbərinin doğru olmadığını göstərir.

"European Tobacco Baku" ASC-dən da siqaretin ucuzlaşması ilə bağlı xəbəri təkzib etdilər. Bildirdilər ki, hazırki durumda bu məsələ gündəmdə deyil.
teref.az












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.