"NikoilBank" işçiləri şəhidlərimizi yad etdi - FOTOLAR
19-01-2016, 20:03
teref.az - Azərbaycan Respublikası Prezident Administrasiyasının rəhbəri, akademik Ramiz Mehdiyevın sərəncamına əsasən “20 Yanvar faciəsinin iyirmi altıncı ildönümünnün keçirilməsi ilə bağlı “Tədbirlər planı” təsdiq edilmişdir.
Sərəncama əsasən respublikanın şəhər və rayonlarında, o cümlədən idarə və təşkilatlarda 20 Yanvar hadisələri ilə bağlı konfrans, toplantı və mühazirələrin təşkili, mədəniyyət ocaqlarında faciəyə həsr olunmuş tamaşaların göstərilməsi, bədii və sənədli filmlərin nümayiş etdirilməsi, bu tədbirlərin kütləvi informasiya vasitələrində geniş işıqlandırılması, dünya ictimaiyyətinin diqqətini faciəyə yönəltmək məqsədilə Azərbaycanın xarici ölkələrdəki səfirlikləri, diplomatik nümayəndəlikləri, diaspor qurumları və icmaları vasitəsilə müvafiq tədbirlərin keçirilməsi, dünyanın aparıcı kütləvi informasiya vasitələrində, eləcə də televiziya kanallarında və internet şəbəkələrində 20 Yanvar faciəsi barədə materialların verilməsi nəzərdə tutulub.
Qeyd olunan sərəncamın icrasi ilə əlaqədar “Nikoil Bank” ASC tərəfindən Tədbirlər planı hazırlanmışdır və İdarə Heyətinin Sədri tərəfindən müvafiq tapşırıq verilmişdir. Tapşırığın İcrasından irəli gələn işlər üzrə 19.01.2016-cı il tarixində Bankın Baş Ofisində İdarə Heyətinin üzvləri və diqər rəhbər şəxslərin iştirakı ilə toplantı keçirilmişdir. Həmin tədbirdə 20 yanvar faciəsində həlak olmuş şəxslərin əziz xatirəsi 1 dəqiqəlik sükutla anılmışdır. Baş vermiş qanlı hadisənin xronolojı ardıcılığı, 19-20-ə keçən gecə Azərbaycanın azadlığı naminə şəhid olmuş şəxslərin, həmçinin həmin hadisənin ətraflı müzakirəsi İdarə Heyəti sədrinin müavini Emil Məmmədov çıxışında öz əksini tapmışdır. Çıxışda bundan əlavə, özünə və ailəsinə qarşı yaranan təhlükədən qorxmadan, məhz xalqının yanında olduğunu və ona dayaq olduğunu bir daha sübut edən Ümumilli lider H.Əliyevin Moskvada bu istiqamətdə apardlğı siayası iradə barədə əməkdaşlara məlumat verilmişdir. Bundan başqa ölkə rəhbəri cənab İlham Əliyev bu sahədə apardığı daxili və xaricı siyasət barədə əməkdaşları məlumatlandırdı. Toplantı açıq müzakirə şəklində keçirilmişdir, diqər əməkdaşların çixışları dinlənilmişdir və yekdil olaraq ölkə rəhbərinin bu sahədə siyasətı dəstəkləndiyini bildirilmişdir. Toplantının yekununda hər il olduğu kimi, 20 yanvar 2016-ci il tarixində şəhidlər xiyabana ziyarət olunması qərara alınmışdır. Allah şəhidlərimizə rəhmət eləsin.