Lənkəranskinin “taclandırdığı” “qanuni oğru” həbs edildi

19-01-2016, 20:30           
Lənkəranskinin “taclandırdığı” “qanuni oğru” həbs edildi
Rusiya DİN-in Baş Cinayət-Axtarış İdarəsinin əməkdaşları tərəfindən gürcü “qanuni oğru” Serqo Tsotsxalaşvili (Zura Kaxetinets) saxlanılıb.

Aznews.az xarici mediaya istinadən xəbər verir ki, axtarış zamanı onun üzərində 4,5 qr “amfetamin” aşkarlanıb. Böyük miqdarda narkotik vasitə gəzdirdiyinə görə, “qanuni oğru”nu 10 ilə qədər həbs gözləyir.

Qeyd edək ki, bundan öncə həbs olunmayan Zura 2014-cü ilin yazında “taclandırılıb”. Onun “taclanma” mərasimi Türkiyədə baş tutub. Mərasimdə Türkiyədə uzun müddət məskunlaşan Rövşən Lənkəranski, Merab Baxiya, Teymuraz Çuradze və başqaları iştirak edib. Daimi yaşayış yeri üzrə Zuranı Piter “qanuni oğru”larının korifeylərindən olan Saçino Qeqerkori müsbət xarakterizə edib.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.