GDU ilə bağlı əsassız məlumatlar hansı məqsədlə yayımlanır?
20-01-2016, 22:17
Son günlər bəzi internet saytlarında Gəncə Dövlət Universiteti ilə bağlı məlumatlar dərc edilir.
Amma məlumatların hardan qaynağlandığını deyə bilmərik. Lakin bəzi faktlara əsaslanaraq tam məsuliyyətlə deyə bilərik ki, GDU haqda yayımlanan qərəzli vəböhtan xarakterli məlumatlar əsassızdır. Bu cür dezinformasiyalar cəmiyyət arasında heç də birmənalı qarşılanmır. Ən azından universitetdə təhsil alan tələbələr və müəllim kollektivi qəbulolunmaz məqalələri nifrətlə qarşılayır və iradlarını bildirirlər.
Dosye.org olaraq bildirmək istəyirik ki, məsələ ilə bağlı Gəncə Dövlət Universitetində araşdırmalara başladıq. Nəticədə məlum oldu ki, GDU və rəhbərliyi ilə bağlı qərəzli məlumatlar sifarişlidir. Əslində kimin kim olduğu da bəllidir. Onuda nəzərinizə çatdıraq ki, GDU-nın rektoru Yusif Yusifovun tələbkarlığı universitetdə açıq şəkildə özünü göstərir. Bir sözlə böyük nüfüzə sahib olan hörmətli Y. Yusifov, müəllim kollektivi tərəfindən dəstəklənir. Qara niyyətli şəxslər hər zaman cəmiyyət arasında seçilib. Bütün bunları nəzərə alıb bir daha bildirmək istəyirik ki, Gəncə Dövlət Universitetində təhsil alan tələbələr arasında yüksək ruh yüksəliyi və nizam- intizam olduqca yüksək səviyyədədir. Halbu ki, bəzi saytlar bunun əksini yazmaqla cəmiyyət arasında ajotaj yaratmağa çalışdılar. Xatırlatmaq üçün qeydlərimizi oxucularımıza təqdim edirik:
GDU-da indi 500-dən artıq professor-müəllim heyəti çalışır. Professor-müəllim heyətindən 2 nəfəri Əməkdar Elm xadimi, 15 nəfəri Əməkdar müəllimdir. Onlarla pedaqoqumuz orden, medallara və diqər dövlət təltiflərinə layiq görülüb. Digər tərəfdən, yeni tədris ilində tədris binaları yüksək səviyyədə təmir edilmiş, müasir tələblərə cavab verəcək maddi-texniki baza ilə zənginləşdirilmişdir. Kafedralar, auditoriyalar, o cümlədən Zoologiya kafedrasında 1 labarotoriya, Botanika kafedrasında 2 laboratoriya, Kimya kafedrasında 3 laboratoriya tam təhciz olunub və müasir avadanlıqlarlarla təmin edilərərk istifadəyə verilib. Fasiləsiz işləyən İnternet xətti professor-müəllim heyəti və tələbələrin operativ informasiya mübadiləsini təmin edir.Tədris prosesinin informasiya texnologiyaları, proqram vəsaitləri, laboratoriya və texniki avadanlıqlarla təminatı Dövlət Təhsil Standartlarına uyğundur.Universitetin onlarla tələbə, magistr və gənc müəllimi öz təhsilini xarici ölkə universitetlərində təkmilləşdirilib.