Bəzi banklar hesabatları gizlətdiyi üçün birləşmə məsələsində onlar barəsəində dəqiq fikir söyləmək çətindir.
Bu barədə Axar.az-a ekspert Əkrəm Həsənov məlumat verib. Ekspert bəzi bankların birləşməsi ilə bağlı məsələyə aydınlıq gətirib
“Beynəlxalaq Bankla Azər-Türk Bankı birləşdirilə bilər. Hər ikisi dövlət bankıdır. Eyni zamanda, Paşa Bank, Kapital Bank, Ata Bank, Xalq Bank bildiyim qədər bir holdinqə aiddir. Paşa Bank daha sağlamdır. Digərlərində isə bir qədər çətinliklər var. Ona görə də bu bankları birləşdirmək olardı. Başqa birləşdirilməli banklar da var. Ancaq onlar hesabatları gizlətdiyi üçün dəqiq fikir söyləmək çətindir”.
Qeyd edək ki, Mərkəzi Bankın İdarə Heyətinin sədri Elman Rüstəmov 5-7 bankın birləşmə ilə bağlı müraciət etdiyini açıqlayıb.