"Ayaz Mütəllibovun danışmağa heç bir haqqı yoxdur"

21-01-2016, 16:40           
"Ayaz Mütəllibovun danışmağa heç bir haqqı yoxdur"
"Mən azad olunmağım üçün heç kimə müraciət etməmişəm. Amma Ayaz Mütəllibov mənə müraciət göndərərək Bakıda sabitliyin təmin olunmasını istəyib".

Bunu Moderator.az-a açıqlamasında AMİP lideri Etibar Məmmədov bildirib.

Etibar Məmmədov deyib ki, Ayaz Mütəllibov onun yanına dəfələrlə adam göndərib, amma bütün cəhdləri uğursuzluqla nəticələnib.

AMİP lideri bildirib ki, Ayaz Mütəllibov əvvəllər necə susurdusa, indi də susmağa davam etsin: "Onun danışmağa heç bir haqqı yoxdur".

Xatırladaq ki, Ayaz Mütəllibov Moderator.az-a açıqlamasında Etibar Məmmədovla Rəhim Qazıyevi nanəcib adlandırıb.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.