Yüksək vəzifəli şəxsin oğlu özünü asdı
22-01-2016, 13:16
Ağdaşda intihar hadisəsi baş verib. Vəzifəli şəxsin oğlu özünü asıb. teref.az xəbər verir ki, Ağdaş Rayon Prokurorluğundan ANS PRESS-ə verilən məlumata görə, rayonun Qolqəti kənd sakini 1986-cı il təvəllüdlü Taleh Nizami oğlu Allahverdiyev özünü yaşadığı evin həyətindəki çardaqdan özünü kəndirlə asıb. Asılı meyiti səhər saatlarında onun valideynləri aşkar ediblər.
Hazırda hüquq-mühafizə orqanları hadisə yerinə cəlb edilib, araşdırmalar davam etdirilir. Prokuroluqdan bildirdilər ki, ilkin ehtimala əsasən 30 yaşlı kişinin intihar etməsinə səbəb onun uzun müddət işsiz qalması ilə bağlıdır. Yaxınlarının sözlərinə görə, Taleh uzun müddətdir ki, işsizlikdən şikayətlənirmiş.
Faktla bağlı Ağdaş Rayon Prokurorluğunda cinayət məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi açılıb, araşdırmalar davam etdirilir. Dünyasını dəyişən Taleh Allahverdiyev 2 uşaq atası olub və Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Aran regional şöbəsinin müdiri Nizami Allahverdiyevin oğludur.
Ölkədə sonuncu intihar hadisəsi dünən Sumqayıtda qeydə alınıb. Şəhərin 5-ci mikrorayon ərazisindəki yataqxanalardan birində qeydiyyatda olan 1950-ci il təvəllüdlü Nəzakət Alı qızı Paşayeva özünü yaşadığı evin mətbəxində asıb. Asılmış meyit ailə üzvləri tərəfindən aşkarlanıb və hüquq-mühafizə orqanı əməkdaşlarına məlumat verilib. Meyit Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomoya Birliyinin Sumqayıt şəhər şöbəsində müayinə edildikdən sonra mərhumun ailəsinə təhvil verilib. Hələlik 66 yaşlı Nəzakət Paşayevanın özünü hansı səbəbdən asması hələlik bilinmir.