MTRŞ geri çəkildi, "Hesabat" verilişinin yayımı bərpa olundu

23-01-2016, 14:45           
MTRŞ geri çəkildi, "Hesabat" verilişinin yayımı bərpa olundu
Milli Televiziya və Radio Şurası (MTRŞ) ANS-də yayımlanan "Hesabat" verilişinin efirə getməsinin dayandırılması haqda qərarının icrasını müvəqqəti dayandırıb və verilişin yayımını bərpa edib. "Report" xəbər verir ki, bunu yanvarın 23-də keçirdiyi mətbuat konfransında MTRŞ-nın sədri Nuşirəvan Məhərrəmli deyib. O bildirib ki, ANS-lə bağlı qərarın icrasını müvəqqəti dayandırıblar və "Hesabat" verilişinin yayımını bərpa ediblər: "Kanal rəhbərliyinin səmimi etirafını nəzərə aldıq və "Hesabat" verilişinin yayımının bərpa olunması haqda qərar qəbul etdik".












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.