Balakən şəhərinin Katex kəndində təxribat məqsədilə evlərin damlarına od vurulub.Beləki kəndin fərqli hissələrində təxmini hesaba görə 7 dama od vurulub.Əvvəl hadisənin prinsip məqsədilə törədildiyi qeyd edilsə də sonradan təxribat məqsədilə törədilməsi təsdiqlənib.Hadisə ilə bağlı Daxili İşlər Nazirliyi Balakən şəhər bölməsi və Fövqaladə Hallar Nazirliyinin Yanğından mühafizə hissəsi gücləndirilmiş iş rejiminə keçib.Güclü nəzarət həyata keçirilməsinə baxmayaraq hələ də cinayətkarları tutmaq mümkün olmayıb.Faktla bağlı cinayət işi açılıb.