Mirşahin Ağayev evə buraxıldı

24-01-2016, 20:06           
Mirşahin Ağayev evə buraxıldı
Xəbər verdiyimiz kimi, dünən ANS şirkətlər qrupunun vitse-prezidenti Mirşahin Ağayev səhhətində yaranmış problemlərlə bağlı xəstəxanaya yerləşdirilmişdi.

Mərkəzi Klinik Xəstəxanasından “Qafqazinfo”ya daxil olan məlumata görə, jurnalist artıq evə buraxılıb. Belə ki, Mirşahin Ağayev artıq özünü yaxşı hiss edir və həkimlərin məsləhəti ilə bu gün səhər xəstəxananı tərk edib.

* * *07:08

ANS şirkətlər qrupunun vitse-prezidenti, əməkdar jurnalist Mitrşahin Ağayev yanvarın 23-də ürək tutması ilə 1№-li Klinik xəstəxanaya çatdırılmışdır.

Virtualaz.org saytı xəbər verir ki, axşam məşhur jurnalistin halı pisləşib və o, reanimasiya şöbəsinə keçirilib.

Xatırladaq ki, yanvarın 22-də Milli Teleradio Şurası ANS telekanalında yayımlanan, müəllifinin və aparıcısının məşhur telejurnalist Mirşahin Ağayev olduğu «Hesabat» verilişinin bir ay müddətinə dayandırılması barədə qərar qəbul etmişdi.

Elə həmin gün Mirşahin Ağayev mətbuat konfransı keçirmiş və MTRŞ-nın qərarını qeyri-qanuni adlandıraraq, söz azadlığına və demokratiyaya zərbə kimi qiymətləndirmişdi.

Prezident İlham Əliyevin vəziyyətə medaxiləsindən sonra Milli Teleradio Şurası qərarını dəyişmişdi.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.