Təzəpirdə oğurluq olub 25-01-2016, 12:45 “Təzəpir” məscidində namaz qılan şəxsin pul kisəsi və telefonu oğurlanıb. “Report”un xəbərinə görə, Bakı sakini Rəşad Məhərrəmov “Təzəpir” məscidində namaz qılarkən gödəkçəsini xalçanın üzərinə qoyub. Naməlum şəxs onun gödəkçəsinin cibindən 30 manat, mobil telefon və kredit kartları olan pul kisəsini oğurlayıb. Faktla bağlı Yasamal Rayon Polis İdarəsinin (RPİ) 26-cı Polis Bölməsində (PB) araşdırma aparılır. Facebook-da paylaş