Rəis müavini vəzifədən azad edildi - XKX-yə rəis getdi 26-01-2016, 16:38 Naxçıvan Muxtar Respublikasının Dövlət Təhlükəsizliyi Xidməti rəisinin müavini vəzifəsindən azad edilib.Report-un xəbərinə görə, Naxçıvan Ali Məclisinin sədri Vasif Talıbov bununla bağlı sərəncam imzalayıb.Sərəncamla Fariz Nəriman oğlu Bağırov Dövlət Təhlükəsizliyi Xidməti rəisinin müavini vəzifəsindən azad olunub.Qeyd edək ki, V.Talıbovun 22 yanvar tarixli sərəncamı ilə F.Bağırov Naxçıvan Muxtar Respublikasının Xarici Kəşfiyyat Xidmətinin rəisi təyin edilib. Facebook-da paylaş