“BakuBus”un 3 avtobusu daşa basılıb. Lent.az-ın məlumatına görə, bu barədə "BakuBus"ın mətbuat xidmətinin rəhbəri Nuridə Allahyarova özünün facebook hesabında məlumat verib.
N. Allahyarova bildirib ki, yanvarın 23-də "BakuBus"a məxsus 3 ədəd 14 saylı avtobus içərisində sərnişinlərlə birlikdə 17:00-17:20 radələrində Süleyman Rüstəm küçəsi ilə Dilarə Əliyeva küçəsinin kəsişməsində daşa basılıb.
N. Allahyarova Lent.az-a açıqlamasında qeyd edib ki, hadisə zamanı avtobusların birində yaşlı qadın yaralanıb. Daş onun başı tərəfə atılıb. Nəticədə avtobusun şüşə qırıntıları onun gözünə girib. Hazırda xəstə ev şəraitində müalicə edilir.
“BakuBus”ın sözcüsü bildirir ki, mütəmadi olaraq həmin ərazidə avtobuslar dəfələrlə daşlanılıb: “ İndiyə qədər heç birində zərərçəkən olmamışdı. Hüquq-mühafizə orqanları məsələ ilə bağlı araşdırma aparır. Ərazidə olan kamera görüntüləri götürülüb. Həmin şəxslər indiyə qədər saxlanmayıb”.