Əli Əsədov “vurulur”

27-01-2016, 10:24           
Əli Əsədov “vurulur”
Natiq Əmirovun prezidentin köməkçisi təyin olunmasının sirri

Xəbər verildiyi kimi ölkə başçısı Ilham Əliyev Natiq Əmirovu özünə iqtisadi islahatlar üzrə köməkçisi vəzifəsinə təyin edib. Natiq Əmirov bu təyinatadək vergilər nazirinin 1-ci müavini postunu tuturdu.

Məlumatlara görə, Ilham Əliyevin bu təyinatı artıq onun iqtisadi məsələlər üzrə köməkçisi Əli Əsədovla vidalaşması barədə qəti qərara gəlməsilə bağlıdır. Qeyd edək ki, keçmiş MTN şefi Eldar Mahmudovla qohumluq əlaqələri, onun nazir təyin olunmasında xüsusi rolu olan Əli Əsədov “MTN işi”ndən sonra küncə sıxışdırılıb. Hər halda bir vaxtlar Ilham Əliyev Bakıda abadlıq-quruculuq işləri ilə tanış olarkən onun müşayiət edən Əli Əsədov artıq bir neçə aydır ki, gözə dəymir. Bu da ölkə başçısının Əli Əsədova etimadının itməsilə izah olunur. Yaxın günlərdə Ilham Əliyevin onu köməkçi vəzifəsindən azad edəcəyi gözlənilir.


Qeyd edək ki, Əli Əsədov həm də Prezident Administrasiyası (PA) rəhbərinin müavini vəzifəsi tutur. Nəzərə alsaq ki, PA rəhbəri Ramiz Mehdiyevlə Eldar Mahmudov arasında həmişə ziddiyyətlər olub, o zaman ehtimal etmək olar ki, Əli Əsədov bu vəzifədən də çıxarılacaq.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.