Amal Kluni CNN-in efirində Xədicə İsmayıldan danışdı

27-01-2016, 10:39           

Hollivud ulduzu Corc Kluninin arvadı, tanınmış vəkil Amal Kluni CNN kanalında Kristian Amanpurun verilişində çıxış edib.

Virualaz.org xəbər verir ki, veriliş bütünlüklə Amal Kluninin hüquqlarını müdafiə etdiyi Maldiv adalarının sabiq prezidenti Məhəmməd Nəşidə həsr olunub.
Amma veriliş zamanı aparıcı vəkildən həbsdə olan azərbaycanlı jurnalist Xədicə İsmayılın məhkəmə işi ilə də maraqlanıb.
Amal Kluni onun hüquqlarını müdafiə etmək fikrində olduğunu bir daha təsdiqləyib və Xədicə İsmayıla qarşı irəli sürülən ittihamları cəfəngiyat adlandırıb. Vəkil Azərbaycanda siyasi məhbuslar və insan haqlarının pozulması məsələsinə də toxunub.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.