İqtisadçıdan baş bankirə ETİRAZ

27-01-2016, 13:07           
İqtisadçıdan baş bankirə ETİRAZ
İqtisadçı-alim Vüqar Bayramov maliyyəçi olaraq Mərkəzi Bank sədrinin “güzəşt maliyyə intizamını poza bilər” fikirlərini izah etməkdə çətinlik çəkdiyini bildirib. Modern.az saytının xəbərinə görə, kompensasiya mexanizmi tətbiq edən ölkələrdə heç bir problem yaşanmayıb:

“Mən ikinci devalvasiyadan dərhal sonra kompensasiya mexanizmini gündəmə gətirdim və əvvəlki statuslarımda da bunun nə üçün vacib olduğunu dəfələrlə izah etdim. Məgər, kompensasiya mexanizmi tətbiq edən ölkələrdə, o cümlədən Qazaxıstanda maliyyə intizamı pozulubmu?
Bir həftədə 3 bankın lisenzaiyasını ləğv edən Mərkəzi Bank üçün bankların müflişləşməsi və bundan ehtiyatlanaraq bir sıra vətəndaşların əmanətlərini banklardan çəkməsi bank sektorunda maliyyə intizamının pozulmasına işarə deyilmi?

Ekspert hesab edir ki, Mərkəzi Bank dollarla kredit götürənlərə kompensasiya tətbiq edilməsilə bağlı müzakirələri davam etdirməlidir:

“Kompensasiya yolu ilə 2 milyon 500 mindən çox banka borcu olanların ödəmə qabiliyyətinin yaxşılaşdırılmasına nail olmaq maliyyə intizamının qorunmasına xidmət etməyəcəkdimi? Kompensasiya mexanizmini tətbiq etməməklə problemli kreditlərin həcmini potensial olaraq artırmaq maliyyə intizamına təsir etməyəcəkmi? Məhz bu sualların bəlli cavablarına görə, düşünürəm ki, Mərkəzi Bank dollar ilə kredit götürənlərə kompensasiyaların verilməsi ilə bağlı müzakirələri davam etdirməli və bu mexanizmlərdən istifadə etməlidir”.

Qeyd edək ki, Azərbaycan Mərkəzi Bakının (AMB) sədri Elman Rüstəmov banklardan dollarla kredit götürənlərə güzəştlərin edilib-edilməyəcəyi məsələsinə münasibət bildirərkən "hökumətdə komanda mövqeyi ondan ibarətdir ki, bu, maliyyə intizamını poza bilər",-deyib.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.