Bakıda daha bir tikinti şirkətinə qarşı cinayət işi başlandı

27-01-2016, 20:50           
Bakıda daha bir tikinti şirkətinə qarşı cinayət işi başlandı
Bakıda yerləşən daha bir MTK-ya qarşı cinayət işi başlanılıb.

“Report”un xəbərinə görə, Bakı şəhər sakini Qəşəm Gülalıyev hüquq-mühafizə orqanlarına müraciət edərək bildirib ki, bir neçə il əvvəl Xətai rayonu, Şıxlınski küçəsində yerləşən “Orxan” MTK-nın inşa etdiyi binadan dörd mənzil alıb.

Q.Gülalıyev bunun üçün Alim adlı şəxsə 218 min dollar ödədiyini bildirib. Lakin sonradan həmin mənzillərin başqa şəxslərə də satıldığı məlum olub.

Faktla bağlı Nəsimi Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 178-ci (dələduzluq) maddəsi ilə cinayət işi başlanılıb.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.