Rusiya sülhməramlılarını daşıyan daha 18 təyyarə İrəvana enib

16-11-2020, 11:49           
Rusiya sülhməramlılarını daşıyan daha 18 təyyarə İrəvana enib
Rusiya sülhməramlı qüvvələrini daşıyan Rusiya Aerokosmik Qüvvələrinin daha 18 İl-76 hərbi-nəqliyyat təyyarəsi İrəvanda aerodroma enib.

APA-nın TASS-a istinadən verdiyi xəbərə görə, bu barədə bu gün Rusiya Müdafiə Nazirliyindən jurnalistlərə məlumat verilib.

Bildirilib ki, bundan başqa daha iki An-124 “Ruslan” hərbi-nəqliyyat vasitəsi də aerodroma eniş edib.

Qeyd olunub ki, Dağlıq Qarabağda sülhməramlı əməliyyatlarda iştirak edəcək 15-ci sülhməramlı briqadanın şəxsi heyəti və texnika təyyarələrdə yola salınıb.

Məlumatda o da bildirilib ki, sutka ərzində Rusiya Aerokosmik Qüvvələrinin təyyarələrində 58 hərbi texnika Ermənistana gətirilib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru