Ermənistan ordusunda həbslərə başlanıldı

16-11-2020, 19:52           
Ermənistan ordusunda həbslərə başlanıldı
Qarabağda məğlubiyyətə görə Ermənistan ordusunda həbslər başlayıb.

Bu barədə Ermənistan Müdafiə Nazirliyinin (MN) İtkin düşmüş və əsir götürülmüş şəxslərlə iş üzrə komitəsinin sədri polkovnik Vitali Voskanyan məlumat verib.

O deyib ki, Qarabağda döyüşlərdə erməni hərbi qulluqçularının ölümünə səbəb olan zabitlər arasında həbs olunanlar var:

“Günahsız yerə hərbçilərin ölümünə səbəb olan hərəkətlərdə iştirak edən hər kəs qanunun sərtliyi ilə cəzalandırılacaq. Artıq həbs olunanlar var”.

Ermənistan MN-in rəsmisi qeyd edib ki, Cəbrayıl istiqamətində hərbi hissənin zabitləri barəsində cinayət işi başlanılıb, cinayət işi çərçivəsində kifayət qədər dəlillər toplanıb.

O, bəzi şəxslərə qarşı cinayət işinin başladıldığını və bu şəxslərin bəzilərinin əməllərində cinayət tərkibinin olduğunu vurğulayıb: “Topladığımız bütün materiallar İstintaq komitəsinə göndəriləcək”.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru