Bakıda maşını çıxarmağa gələn evakuator özü suda batdı - VİDEO

17-11-2020, 17:47           
Bakıda maşını çıxarmağa gələn evakuator özü suda batdı - VİDEO
Bakı şəhəri ərazisində yeni "göl" yaranıb. Aramsız yağan yağışların nəticəsi olaraq "Sədərək" ticarət mərkəzi ərazisində böyük bir sahə su altındadır.

Teref.az baku.ws-yə istinadən xəbər verir ki, ərazidə bir neçə maşın də yaranan "göldə" batıb qalıb.

Maraqlıdır ki, vətəndaşın müraciəti əsasında əraziyə gələn evakuator maşını da su altında qalaraq oradan çıxa bilməyib.

Mövcud vəziyyət qeyd olunan ərazidə kanalizasiya sisteminin o qədər də yaxşı işləmədiyini ortaya qoyub. Bunun nəticəsidir ki, yağış suları böyük bir ərazini əhatə edir.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru