Düşmən Qarabağda öldürülmüş daha 71 hərbçisinin adını açıqladı

18-11-2020, 00:35           
Düşmən Qarabağda öldürülmüş daha 71 hərbçisinin adını açıqladı
Ermənistan tərəfi üçtərəfli razılaşmadan (10 noyabr) əvvəl Dağlıq Qarabağda məhv edilmiş daha bir neçə hərbçisinin adını açıqlayıb.

Virtualaz.org erməni saytlarına istinadən bildirir ki, yeni siyahıda 71 nəfərin adı var.

Bu o deməkdir ki, Ermənistan ümumilikdə 1505 hərbçisini itirdiyini rəsmən etiraf edib.

Qeyd edək ki, Ermənistanın Qarabağdakı döyüşlərdə verdiyi itkilər hələ də tam açıqlanmayıb, rəqəmlər ictimaiyyətdən gizlədilir. Erməni KİV-lərində müxtəlif ziddiyyətli məlumatlar yayılmaqdadır. Məsələn, bir neçə gün əvvəl Ermənistanın səhiyyə nazirliyi Qarabağ döyüşlərində 2317 hərbçinin məhv edildiyini açıqlayıb.

Ölkənin Vatikandakı keçmiş səfiri Mikayel Minasyan isə Ermənistanın itkilərinin 4750 nəfər olduğunu bəyan edib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru