Qiyməti 1,5 milyon dollar olan maska

18-11-2020, 08:15           
Qiyməti 1,5 milyon dollar olan maska
Dünyanın ən bahalı COVID-19 maskası hazırlanıb.

Redaktor.az xəbər verir ki, dəyəri 1 milyon 500 min dollar olan maska İsraildə istehsal edilib. COVID-19 maskasını qızıl istehsalı ilə məşqul olan şirkətlərdən biri ərsəyə gətirib.

250 qram saf qızıldan hazırlanan maska 18 əyyardır. COVID-19 maskasının üzəri 3 600 ağ və qara brilyant qaşlarla bəzədilib.

Şirkətin iddiasına görə, maska istifadəyə tam hazır formada düzəldilib. Şirkət rəsmiləri bildirib ki, maska Amerikada yaşayan çinli iş adamının sifarişi ilə hazırlanıb.














Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru