Göyçayda dəhşətli QƏZA: Ölənlər var - FOTOLAR

18-11-2020, 09:09           
Göyçayda dəhşətli QƏZA: Ölənlər var - FOTOLAR
Göyçay rayonunda 3 nəfərin ölümü ilə nəticələnən dəhşətli yol-nəqliyyat hadisəsi baş verib.

Teref.az xəbər verir ki, hadisə gecə saat 02:30-da Bakı-Şamaxı-Yevlax yolunun Göyçay şəhərindən keçən hissəsində qeydə alınıb.

Göyçay şəhər sakini, 1979-cu il təvəllüdlü Rzayev Çingiz Qiyas oğlu 99-HA-350 dövlət nömrə nişanlı “Mercedes” markalı minik avtomobili ilə hərəkətdə olarkən qəflətən idarəetməni itirib, maşın yoldan çıxaraq ağaca çırpılıb. Hadisə zamanı sürücü Çingiz Rzayev və sərnişinləri, Göyçay sakinləri 1987-ci il təvəllüdlü Mustafayev İsmayıl Mübariz oğlu və həmyaşıdı Zeynalov İlham İlqar oğlu aldıqları ağır xəsarətlər səbəbindən hadisə yerində dünyasını dəyişib.

Hadisə yerinə FHN-in xilasediciləri cəlb edilərək müxtəlif kəsici alətlərdən istifadə olunmaqla onların avtomobildə sıxılıb qalmış meyitlərini çıxararaq aidiyyəti üzrə təhvil veriblər.

Faktla bağlı Baş Dövlət Yol Polisi İdarəsinin istintaq və təhqiqat şöbəsi tərəfindən araşdırma aparılır./apa/














Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru