Möhtəkirlər icra başçısı olanda…
30-01-2016, 12:51
Mətbuatda yayılan xəbərə görə ,qiymət artımı ilə baglı rayonlarda bəzi vətəndaşların ayağa qalxmasını ictimailəşdirən saytların rəhbərləri Respublika Prokurorluğna çağırıldı, onlara xəbərdarlıq edildi.
Düzdür, heç bir sayt rəhbəri məsuliyyət hissindən kənarda qalmamalıdır, yaydığı xəbəri dəqiqləşdirdikdən sonra verməlidir. Amma belə demək olarmı ki, rayonlarda insanların narazılıq ifadə etməsində yalnız saytlar günahkardır?. Tutaq ki, saytlar xalqa xəbər yaymadı, baş verənlərdən xalqımızı xəbərdar etmədi. Yəni, ictimaiyyət baş verənlərdən xəbərsiz qalacaq? Bir müddət əvvəl “Günəşli” yatağının 10-cu platformasında baş verən qəzadan ölkə mətbuatının xəbəri olmadı, xarici mətbuat bunu yazmadı? Az sonra bu məsələ ölkədə sonradan yayılmadı? Əslində problemin kökündə dayanan bəzi nazir və rayonların “kiçik padşahları” ilə məsələni- saf çürük etmək lazımdır. Çünki respublika vətəndaşlarının narazı salınmasında rayon icra hakimiyyəti başçılarının da az əməyi olmayıb. Möhtəkirlər, pendir, bilet satanlar rayonlara rəhbərlik edəndə təbii ki, vəziyyət bu həddə çatacaqdı. Səsləndirdikləri fikirlər, davranışları ixtişaşa səbəb olacaqdı.Təbii ,insanın dolanışıq üçün nə isə satması qəbahət deyil.Amma bunu idarəetməyə daşımaq olmaz.
İş- gücləri rayonlarda sahibkarlığa maneə, özlərinə isə “obyektlər” açmaqla yekunlaşdığını bilən belə nəsnələr vətəndaşları qəbul edib onların problemlərinin həllində qismən iştirak etsəydilər, vəziyyət bu dərəcədə ciddi şəkil almazdı. 5-10 ziyalı rayon rəhbəri istisna olmaqla alveri özlərinə ali məqsəd bilənlər təbii ki, “köpəkoğlu” ifadəsini vəziyyət ciddi fazaya daxil olanda “qohumlarıma demişəm” lə əvəzləyəcəkdi, digəri Kürdəmirdə sahibkarlardan rüşvət toplamaqla özünə villalar, obyektlər tikdirib adını da “rayonun abadlaşmasına xərclədim” qoyacaqdı, təbii. Daha fikirləşməyəcəkdilər ki, rəhbərlik etdiyim rayonda tapdadığım “qırmızı xətt” bir başa mənə etimad göstərən şəxs (lər)in əleyhinə işləyir. Ömrü boyu bir ədəbiyyat oxumayan belə rəhbərlər fikirləşməyəcəkdilər ki, sərt, anlaşılmaz rəhbər mövqeyi vətəndaşı potensial narazılar ordusuna yönəltmək, siyasi hakimiyyətə zərbə vurmaq əks düşərgəyə xidmətdir. İndi buyurun bəylər, özünüz öz hərəkətlərinizə qiymət verin və bir anlığa düşünün, əməlləriniz xidmət, yoxsa nöqsandır?!Bir daha düşünün: bu gün rəhbərlik etdiyiniz rayonlarda vətəndaşlar yalnız qiymət artımına görəmi narazılıqlarını ifadə edirlər?!
Faktinfo.az