Bağlanan banklardan biri yenidən açılacaq

30-01-2016, 13:11           
Bağlanan banklardan biri yenidən açılacaq
Yanvar ayının 26-da Mərkəzi Bank məcmu kapitalın minimum məbləği tələbinə əməl etmədiyinə, kreditorları qarşısında öhdəliklərini icra edə bilmədiyinə, cari fəaliyyətini etibarlı və prudensial qaydada idarə etmədiyinə görə “NBC” Bankın lisenziyasını ləğv edib.

teref.az “Qafqazinfo” ya istinadən xəbər verir ki, MB-nin bu qərarı bank rəhbərliyi tərəfindən böyük narazılıqla qarşılanmışdı. Belə ki, onlar lisenziyanın ləğv edilməsi üçün göstərilən tələblərin əsassız olduğunu vurğulayır. Qeyd edirlər ki, bankın məcmu kapital tələbi tam yerinə yetirilib.

“Nurgün” Şirkətlər Qrupundan verilən məlumata görə, “NBC Bank” yenidən açılacaq. Belə ki, bank ya birləşərək, ya da müstəqil şəkildə fəaliyyətini bərpa edəcək:

"Bankın bu barədə rəsmi qərarı fevralın 1-də ictimaiyyətə açıqlanacaq. Yəni, bütün hallarda bank bağlanmayacaq, yenidən fəaliyyət göstərəcək”.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru