Rusiya Müdafiə Nazirliyinin televiziyasından Azərbaycana qarşı təxribat

30-01-2016, 13:14           
Rusiya Müdafiə Nazirliyinin televiziyasından Azərbaycana qarşı təxribat
Rusiya Müdafiə Nazirliyinin rəsmi telekanalı “Zvezda” reportajlarından birində Dağlıq Qarabağı müstəqil respublika kimi təqdim edib.

APA-nın xəbərinə görə, Ermənistan Silahlı Qüvvələrinin yaranmasının 24-cü ildönümünə həsr olunmuş, telekanalın saytında yanvarın 28-də yerləşdirilmiş məlumatda Ermənistan prezidenti Serj Sarkisyanın və Dağlıq Qarabağdakı separatçı rejimin rəhbəri Bako Saakyanın “Erablur” hərbi panteonunu ziyarət etdiyi bildirilib, B. Saakyan "Artsax"ın - "Dağlıq Qarabağ Respublikası"nın rəhbəri kimi təqdim olunub.

Xatırladaq ki, “Zvezda” media qrupuna məxsus “Zvezda” kanalı Rusiya Müdafiə Nazirliyinin rəsmi telekanalıdır.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru