Bakıda polis bıçaqlandı

30-01-2016, 21:55           

Bakıda oğurluq edən şəxs polis tərəfindən saxlanılıb. Polisə müqavimət göstərən şəxs onu qolundan bıçaqla yaralayıb.

Musavat.com xəbər verir ki, hadisə Yasamal rayonunda baş verib. Azərbaycan prospekti 31-in qarşısında naməlum şəxs Bakı şəhər sakini Məmməd Məmmədzadənin pul kisəsini oğurlayaraq içərisindən 52 manat pulunu götürüb və qaçıb. Polis əməliyyat nəticəsində hadisəni törədən Asif Baxşıyevi saxlayıb. Bu zaman A.Baxşıyev polis əməkdaşlarına bıçaqla müqavimət göstərib. O polis serjatı Zaur İbrahimovu sol əlindən yaralayıb.

Hadisə ilə bağlı Yasamal Rayon Rayon Polis İdarəsinin 26-cı Polis Bölməsində araşdırma aparılır.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru