Qaradağda ev və tövlə yanıb

31-01-2016, 11:31           

Qaradağda tövlə və ev yanıb.

Fövqəladə Hallar Nazirliyinin (FHN) mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, Bakı şəhəri, Qaradağ rayonunda vətəndaşa məxsus ümumi sahəsi 50 kv.m olan tövlənin yanar konstruksiyaları yanıb.

Yaxınlıqdakı tikililər yanğından mühafizə olunmub. Yanğın saat 00:11-də yanğınsöndürənlər tərəfindən söndürülüb.

Bakı şəhəri, Qaradağ rayonunda vətəndaşa məxsus ümumi sahəsi 415 kv.m olan birmərtəbəli 6 otaqlı evin dam örtüyünün yanar konstruksiyaları 270 kv.m sahədə və içərisində olan tikinti materialları malları yanıb.

Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın saat 02:27-də yanğınsöndürənlər tərəfindən söndürülüb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru